IX siniflərdə məktəbdaxili monitorinq keçilirdi
IX siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədilə ilkin diaqnostik qiymətləndirmə keçirildi. Monitorinqin məqsədi şagirdlərin hazırkı bilik və bacarıq səviyyəsini təhlil etmək, onların güclü və zəif tərəfini aşkar edərək hansı istiqamətdə iş aparmaq lazım olduğunu müəyyən etmək, çatışmazlıqları aradan qaldırmaq üçün xüsusi tədris planı tərtib etməkdir. Azərbaycan dili, riyaziyyat və xarici dili fənnindən keçirilən monitorinqdə şagirdlərə sualları cavablandırmaq üçün 3 saat vaxt verildi.
Buraxılış sinifləri üçün hazırlanmış xüsusi fəaliyyət planına əsasən monitorinqlərin hər ay keçirilməsi nəzərdə tutulur.