27 Sentyabr Anım Günü

 

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020- ci il sərəncamına və məktəbin illik fəaliyyət planına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27 -si Anım Günü kimi qeyd edilir.  Bu münasibətlə  keçirilən ümümməktəb tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

    Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva  çıxış edərək ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu xüsusi vurğuladı.  UBR Mədinə İskəndərova 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Şagirdlərə bu müqəddəs vətənin şəhidlərin bizə əmanəti olduğunu  unutmamaq tövsiyə olundu.

    Bu şanlı Qələbəni xalqımıza yaşatmış hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Bu şəxslərdəndə biri məktəbimizin Uşaqlarla məktəbdənlənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı İsrafil Hüseynovdur. O , "Vətən Müharibəsi İştirakçısı" ,"Suqovşanın azad olunması" və "Cəsur Döyüşçü" medalları ilə təltif olunmuşdur.

    Vətən Müharibəsi iştirakçısı İsrafil Hüseynov çıxış edərək bildirdiki ,Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 3000-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün (27 Sentyabr - Anım Günü) deyil, həmişə ehtiramla yad etməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi