Dövlət atributları haqqında maarifləndirici söhbətlər aparıldı

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə rəğbət kiçik yaşlardan formalaşdırılmalı,yetişməkdə olan nəslin vətənpərvər ruhda böyüməsi üçün təhsil müəssisələrində iş hərtərəfli şəkildə həyata keçirilməlidir.

 Bütün bunları əldə əsas götürən məktəb kollektivi  istər tədris prosesində,istərsə də dərsdənkənar tədbirlərdə mütəmadi olaraq dövlət rəmzlərinin təbliğinə xüsusi həssaslıqla yanaşır.UBR Mədinə İsgəndərova məktəbin fəaliyyət  planımdan irəli gələn tələblərə uyğun olaraq keçirdiyi bütün tədbirlərdə şagirdlərin yaş səviyyəsinə uyğun olaraq dövlət atributları ilə bağlı detalları diqqətdə saxlayır.

Sözügedən tədbirlərin çərçivəsində 24.09.2024-cü il tarixində məktəbin 1-ci siiflərində mövzu ilə bağlı təşkilat saatı keçirildi. Mədinə İsgəndərova sinif müəllimlərinin iştirakı ilə dövlət rəmzlərinin mahiyyəti ilə bağlı məlumat verdi.Dövlət atributları əyani olaraq nümayiş olundu və məktəblilərin yaş səviyyəsinə uyğun yığcam müzakirə təşkil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi