COP 29 nədir?

Məktəbin fəaliyyət planına uyğun olaraq Yaşıl dünya naminə həmrəylik ili və COP -29la bağlı bir sıra tədbirlər həyata keçirilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı İki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.  23 sentyabr 2024-cü il tarixdə mövzu ilə əlaqədar ibtidai sinif müəllimi  Orucəliyeva Leyla  “COP 29 nədir?” adlı maarifləndirici tədbir keçirdi. Sinif rəhbəri şagirdlərə iqlim dəyişikliyinin yaratdığı problemlər barədə məlumat verdi. Şagirdlər Yer kürəsini qorumağı əks etdirən səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi