Sinif nümayəndələrin iclası keçirildi.
Məktəbin fəaliyyət planına uyğun olaraq V-XI sinif nümayəndələrinin yığıncağı keçirildi. Məqsəd sinif nümayəndələrinin vəzifələri, görəcəyi işləri onlara xatırlatmaq, nümunəvi sinif nümayəndələrinin işini tanıtmaqdır.
Məktəbin direktoru Günel Fətəliyeva və UBR rəhbəri Mədinə İskəndərova öz çıxışlarında bildirdi ki, sinif nümayəndələri seçilmiş, nümunəvi şagirdlərdir. Sinif nümayəndəsi sinif rəhbərinin ən yaxın köməkçisi olmalıdır. Sinif təmizliyinə, davamiyyətə, nizam-intizama, keçirilən tədbirlərə sinif nümayəndəsi cavabdehlik daşıyır. 11 “A” sinif nümayəndəsi Hümbətov Tahir, X “A” Aminə, 8 “C” Zəhra 9 “B” Afətin işi buna ən yaxşı nümunə olaraq göstərildi.
Tədbirdə psixoloq Ləman Mehtiyeva və UBR Mədinə İskəndərova sinif nümayəndələrinə öz tövsiyələrini verdilər.