Antiterror əməliyyatı ilə bağlı şagirdlərlə dəyirmi masa  keçirildi.

      Məktəbin 2024-2025 ci- tədris ili fəaliyyət planına uyğun olaraq 19-20 sentyabr 2023- cü il tarixində baş vermiş Antiterror əməliyyatı ilə bağlı şagirdlərlə dəyirmi masa  keçirildi.
      Məqsəd torpaqlarımızın azadlığı uğurunda canından keçmiş şəhdlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və onların əziz xatirəsini daim anmaqdır.

    Vətən uğrunda canını fəda edən şəhidlərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Uşaqlarla məktəbdənkənar və  sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı İsrafil Hüseynov Antiterror əməliyyatı haqqında şagirdlərə geniş məlumat verdi, Azərbaycan ordusu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünü bərpə etdiyini bildirdi. Daha sonra  UBR Mədinə İskəndərova şagirdlərə antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalan şəhidlərin qəhrəmanlıq yolu  haqqında danışdı.Sonda şagirdlərin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi