Telefonsuz məktəb layihəmiz davam edir
Şagirdlərin diqqət və marağını maksimum dərəcədə dərsə yönəltmək məqsədilə müxtəlif tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də 2023-2024-cü tədris ilində məktəbimizdə oktyabr ayının 23-dən start verilən "Telefonsuz məktəb" layihəsi idi. Həmin tarixdən etibarən məktəbin foyesində təşkil olunmuş xüsusi guşədə hər sinif üçün telefon qutuları təşkil olundu. 2024-2025-ci tədris ilinin sentyabr ayından başlayaraq layihəmiz çərçivəsində işlər davam edir.
Məktəbə daxil olan şagirdlər könüllü olaraq telefonlarını həmin qutulara qoymaq üçün təhvil verirlər. Qutulara aid açarlar isə sinif rəhbərlərinə həvalə edilir. Dərs günün sonunda telefonlar şagirdlərə təhvil verilir.