Milli musiqi günü

   Məktəbin fəaliyyət planına əsasən 18 sentyabr tarix müəllimi Aşıq Mehtiyev və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə Milli musiqi günü ilə bağlı dəyirmi keçirildi.                      

   Dəyirmi masada Aşıq Mehtiyev Üzeyir Hacıbəyli haqqında məlumat verdi.VIII "C"sinif şagirdləri Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirdilər. Daha sonra bəstəkarın yaradıcılığından "Qaragöz","Çırpınırdı Qara dəniz" 10 “B” və 7 “B” sinif şagirdlərinin ifasında dinlənildi. Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx nümayiş etdirildi.Sonra məktəbin direktoru Günel  Fətəliyeva və Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İsrafil Hüseynov Üzeyir Hacıbəylinin Azərbaycan musiqisi sənətinə əvəzolunmaz rolundan danışdılar, böyük bəstəkarın musiqi irsinin öyrənilməsi və yayılması zəruri məsələ olaraq qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi