İlk dərs saatları "COP 29" və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olundu
Məlum olduğu kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-2025 ci tədris ilinin səmərəli təşkili ilə bağlı əmrinə əsasən bu il ilk dərs saatları "COP 29" və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olundu.
Bu məqsədlə məktəbimizin bütün siniflərində ilk dərs mövzu ilə bağlı təşkil olundu. Dərslərdə təbiət və ekologiya ilə bağlı qlobal problemlərin əks olunduğu videoslaydlar nümayiş olundu,şagirdləri aktiv dərsə cəlb etmək üçün maraqlı müzakirələr təşkil edildi. Bəzi siniflərdə stendlər hazırlandı,tədqiqat xarakterli ev tapşırıqları verildi.
Məktəbin direktoru Günel Fətəliyeva, direktor müavinləri Günel İsmayılova , İsrafil Hüseynov , UBR Mədinə İsgəndərova nümunəvi dərslərdən bəzilərində iştirak etdilər.