Yeni tədris ilinin başlanması münasibəti ilə valideyn iclaslarına start verilib

İclaslarda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırıldı. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu.

        İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:1. Yeni dərs ilində qarşıda duran ümumi vəzifələr. 2.İl ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında. 3.Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması. 4.Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi. 5.Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması. Iclasda eyni zamanda tədris proqramında yeniliklər haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi