"Sertifikatlaşdırmada uğur qazanmaq üçün nə etməli?"

                  6 iyun tarixində Təhsil TV -nin canlı yayımında təqdim olunan verilişdə"Sertifikatlaşdırmada uğur qazanmaq üçün nə etməli?"mövzusunda maraqlı müzakirə təşkil olundu.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zalova Kəminə ötən tədris ilinin iyun ayında keçirilən imtahanda 100 bal toplaması ilə əlaqədar  mətbuatdakı çıxışlarında  stimulverici mövqeyini davam etdirmişdir.

                   İmtahandan uğurla keçən müəllimlərimiz digər fənn müəllimlərində yüksək motivasiya yaratmaq üçün mütəmadi olaraq qarşılıqlı müzakirələr keçirir,təhlillər aparırlar.

               Bu meyillərin nəticəsi artıq başa çatmış mərhələlərdə imtahan verən ibtidai sinif ,eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimlərimizin əldə etdikləri yüksək nailiyyətlərdə özünü göstərdi.

               Kollektivimiz dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləmək məqsədilə mərhələli şəkildə həyata keçirilən sertifikasiya  imtahanlarına pozitiv meyillərlə yanaşır.

Pedaqoji heyət təhsilverənlərin sertifikatlaşdırılması prosesini yeni mərhələsinə hazırdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi