Evdə təhsili uğurla başa vuran şagirlər fəxri fərmanla təltif olundu
“Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası qanununun 1.0.14 maddəsinə əsasən evdə təhsil-sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir. Bu istiqamət üzrə məktəbimizin evdə təhsilə cəlb olunan şagirdləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla və kiçik hədiyyələrlə təltif olundular.