Ümumdünya Təbiəti Mühafizə Günü
Məktəbin fəaliyyət planına uyğun olaraq 5 iyun "Ümumdünya Təbiəti Mühafizə Günü" ilə bağlı 2 "B" sinif rəhbəri Əmiraslanova Səbinənin təşkilatçılığı ilə şagirdlər sinifdə təbiəti mühafizəni əks etdirən plakat hazırladılar. Plakatda torpağın,suyun,havanın çirklənməsi əks olunmuşdu. Təbiəti qorumaq üçün müxtəlif fikirlər irəli sürüldü. Şagirdlərin təklifi ilə park ərazisi plastik qutu və tullantılardan təmizləndi. Onlar Yer kürəsinin bizim tək evimiz olduğunu,onu qorumağa borclu olduğumuzu,bütün digər canlıların da həyatının bundan asılı olduğunu ətrafdakı insanlara da göstərmiş oldular.