"Kiçik Akademiya"nın illik hesabatı
Ümumi təhsilin təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi olduğunu nəzərə alan məktəbimiz öz işini sadalanan prinsiplər əsasında qurmağa davam edir.
Təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin mühüm hissəsi KA çərçivəsində həyata keçirilir.
2016-cı ildən məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”da müxtəlif bölmələr fəaliyyət göstərir. Şagirdlərimiz ayrı-ayrı bölmələrdə müəllimlərin rəhbərliyi ilə tədqiqat işləri aparır, yeni elmi axtarışlarla məşğul olurlar. 2023-2024-cü tədris ili ərzində KA-nın humanitar,texiki, təbiət və fizika-riyaziyyat bölmələri üzrə şagirdlərimiz dərs ilinin əvvəlindən seçdikləri mövzular əsasında öz araşdırmalarını davam etdirdilər. 4 iyun 2024-cü ildə KA-nın illik hesabat tədbiri keçirildi. Maraqlı elmi tədqiqatların nümayişi sırasında tamaşaçılara təqdim olunan rəqs və musiqi nömrələri də tədbirə xüsusi rəng qatdı. Tədbiri giriş sözü ilə təlim-tərbiyə işləri üzrə direktor müavini və KA-nın prezidenti Günel İsmayılova açaraq, “Kiçik Akademiya”nın quruluşu və fəaliyyətinin məzmunu haqqında məlumat verdi. Tədbirdə yekun sözünü məktəbin direktoru Günel Fətəliyeva təqdim etdi. O, şagirdlərin fəaliyyətini yüksək qiymətləndirərək müəllimlərə və şagirdlərə öz minnətdarlığını bildirdi.