"Günəş sisteminin quruluşu” açıq havada dərs təşkil olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq 5 "B",6 "B" siniflərində Biologiya və Təbiət müəllimi Zülfiyyə Hüseynovanın təşkilatçılığı ilə açıq havada dərs təşkil olundu. 5 "B" sinif şagirdləri əkdikləri gül dibçəklərini təqdim etdilər. Təbiət müəllimi Zülfiyyə  Hüseynova atılan tullantıları təkrar emal edərək onları faydalı məhsula çevirməyin əhəmiyyətini vurğuladı. 6 "B" sinif şagirdləri ilə keçirilən dərs prosesi  "Günəş sisteminin quruluşu” mövzusuna həsr olunmuşdu. Şagirdlər hazırladıqları əl işləri ilə Günəş sistemi haqqında öyrəndiklərini daha yaxşı mənimsədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi