"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin ibtidai siniflərdə sərgi təşkil olundu.
Məktəbin fəaliyyət planına uyğun olaraq "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin ibtidai sinif müəllimləri Abdullayeva Rəna, Məmmədova Sevinc,Orucəliyeva Leyla, Tağıyeva Samirə və Əmiraslanova Səbinənin təşkilatçılığı ilə 4"A",3"A",1"A",2"C",2"B" sinif şagirdləri tullantılardan hazırladıqları sərgini nümayiş etdirdilər. Məqsəd təbiətə zərər verən tullantılardan faydalı əşyaların hazırlanmasının təbiəti qorumaq üçün bir addım olduğunu şagirdlərə göstərmək idi. Bu sərgi ilə eyni zamanda şagirdlərdə estetik zövqü inkişaf etdirmək,onlarda incəsənətə meylliliyi artırmaq da nəzərdə tutulmuşdu şagirdlər və kollektiv üçün maraqlı sərgi oldu.