Bilik yarışı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı  ilə Azərbaycan doğma yurdum mənim adlı 9 cu siniflər arasında bilik yarışı keçirildi.

Məqsəd şagirdlərdə vətənə sevgi aşılamaq, Azərbaycanın tarixi coğrafiyasını dərindən mənimsətməkdir.

Yarış 3 raund hər raund 5 sualdan ibarət təşkil olunmuşdur. Mövzu ümumi Azərbaycanın tarixi coğrafi ərazisi, l-ll Qarabağ müharibəsi, Ümumi lider Heydər Əliyev haqqında sualldan təşkil olunmuşdur.

Azərbaycanım, ölkəm, yurdum, vətənim adlı komandalar arasında təşkil olunmuş yarışda Azərbaycanım  komandası qalib oldu.

Münsiflər heyəti direktor Günel Fətəliyeva, tarix müəllimi Aşıq Mehdiyev, UBR Mədinə İsgəndərova, coğrafiya müəllimi Vüsalə Məmmədova ibarət idi.

Sonda qalib komanda direktor tərəfindən fəxri fərmanla təltif olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi