1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqlar gələcəyimizdir” mövzusunda musiqili-ədəbi tədbir keçirildi

Məktəbin fəaliyyət planınına uyğun olaraq məktəbdə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı “Uşaqlar gələcəyimizdir” mövzusunda musiqili-ədəbi tədbir keçirildi. Məqsəd uşaqların hüquqlarının təbliğini, dövlətin uşaqlara olan yüksək qayğısını, Azərbaycan dövlətinin stategeyasının əsas istiqamətlərindən olduğunu bir daha nəzərə çatdırmaqdır. Gələcəyimiz olan uşaqların asudə vaxtlarını səmərəli və maraqlı təşkil olunması, kimsəsiz uşaqlara qayğı, istedadlı uşaqların inkişafı dövlər tərəfindən təmin olunur. Uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün dövlətimiz hər cür şərait yaratmışdır. Uzaqgörən siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Uşaq Hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar göz önündədir. BMT Baş Assembleyasının “Qadınların Beynəlxalq Konfrans”ında uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı qərar 1950-ci il iyunun 1-də qərara alınmışdır. Həmin vaxtdan 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadlarının üzə çıxması istiqamətində silsilə tədbirlər keçirilməsinə təkan verir. Mehriban xanım “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizi ilə yaşayaraq, çalışaraq belə düşünür: “Azərbaycan uşaqlarını bəxtəvər görmək”. Bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa etmiş, kompazisiyalarla bayrama rəngarənglik gətirmişlər. Tədbirin sonunda məktəbin direktoru Günel Fətəliyeva uşaqları bayram münasibətilə təbrik etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi