Növbəti pedaqoji şura iclası keçirildi
Tədris ilinin növbəti pedaqoji şurası keçirildi. Gündəlikdə duran məsələlər BSQ-nin təşkil olunması. İllik qiymətləndirmə düzgün çıxarılması, elektron jurnalların işlənməsi var olan nöqsanların müzakirəsi keçirildi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına əsasən “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllim etik davranış Qaydaları”nın təsdiq edilməsi ilə bağlı pedaqoji şurada tanış olundu və hər müəllimə bir nümunəsi təqdim edildi.Sonda müəllimlər arasında məktəbin psixoloqu fənn Ləman Mehtiyeva tərəfindən “Emosional tükənmişliklə” bağlı təlim keçirildi. Müəllimlərə slayd təqdim olundu. Tükənmişliyi aradan qaldırılması ilə bağlı məlumat verildi. Müəllimlərə şar texnikası keçirildi. Məqsəd müəllimlərdə olan tükənmişliyin, qəzəbin aradan qaldırılması idi. Məktəb rəhbərliyi tərəfindən müəllimlərə tövsiyələr verildi.