“28 may Müstəqillik günü” ilə əlaqədar olaraq Dünya və Azərbaycan xəritəsinin puzzlesini düzəltdilər
Məktəbin fəaliyyət planına əsasən 7 “C” sinif şagirdləri “28 may Müstəqillik günü” ilə əlaqədar olaraq Dünya və Azərbaycan xəritəsinin puzzlesini düzəltdilər. Xəritənin işləməyə coğrafiya müəllimləri Aytən Məmmədova və Vüsalə Məmmədova köməklik etdi. Puzzle yığmaqda məqsəd dünya ölkələrini və Respublikamızın rayonlarını mükəmməl tanımaq idi. Şagirdlər maraqla 44 günlük müharibə zamanı işğaldan azad olmuş rayonların sərhədlərini daha dərindən mənimsədilər.