Şəhid Əliyev Yunis Zaur oğlunun ailəsinə ziyarət təşkil olundu

Məktəbin direktoru Günel Fətəliyevanın təşkilatçılığı, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimovanın və müəllimlərin  iştirakı ilə şəhid  Əliyev Yunis Zaur oğlunun ailəsinə ziyarət təşkil olundu.  Şəhidin atası igid oğlunun  döyüş yolu,  qısa həyat tarixçəsi, göstərdiyi qəhrəmanlıqdan, şücaətindən danışdı. Məktəb rəhbərliyi  şəhidin ailəsinə hər birimizə örnək olan Yunis kimi mərd, igid oğul, vətənə,xalqımıza layiq evlad böyütdüyü üçün öz təşəkkürünü bildirdi.

Onuda qeyd edək ki   Yunis Əliyev 2020-ci il Oktyabr ayının 5-də  Baranbat meşəsində  Ağdərə uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi