"İşğaldan azad edilmiş torpaqlarda erməni vəhşiliyi" adlı tədbir keçirildi
Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində məktəbin fəaliyyət planınına uyğun olaraq "İşğaldan azad edilmiş torpaqlarda erməni vəhşiliyi" adlı tədbir keçirildi.
Məqsəd erməni faşizminin iç üzü ilə şagirdləri daha yaxından tanış etmək idi.
Əvvəlcə dövlət himni səsləndirildi. Sonra şəhidlərin xatirəsi yad edildi.Tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdiyi insanlığa sığmayan vəhşiliklər barədə məlumat verdi. Bundan sonra söz şagirdlərə verildi.Şagirdlərdən Zəhra Cəbrayılda, Mirsadiq Qubadlıda, Əli Kəlbəcərdə, İsgəndər Xocalıda, Leyla Laçında,İnci Şuşada törədilmiş erməni cinayətləri haqqında ətraflı məlumat verdilər.
Daha sonra 7 "A” sinif şagirdləri Allahverdi ilə Saleh alman jurnalisti ilə, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin çıxışını canlı şəkildə səsləndirdilər.
Tədbirdə İnformatika müəllimi Pəri Əhmədova da iştirak etdi