COP 29 ilə bağlı  dəyirmi masa təşkil olundu

Məktəbin fəaliyyət planına əsasən məktəb kitabxanasında  7 “C”  sinif şagirdləri ilə bərabər  COP 29 ilə bağlı  dəyirmi masa təşkil olundu. Dəyirmi masada şagirdlər məktəbin coğrafiya müəllimləri Aytən Məmmədova, Vüsalə Məmmədova və məktəbin kitabxana müdiri Aytən  Məmmədova ilə birlikdə müzakirələr apardılar. Dəyirmi masa zamanı COP 29 ilə bağlı video çarx izlənildi. Şagirdlər milli atlasımızdan istifadə edərək respublikamızda iqlim dəyişmələri haqqında məlumat topladılar. Ayna Uşaq ensklopediyasından və  coğrafiya ensklopediyasından   müzakirə apararaq  qlobal istiləşmə və yarana biləcək ekoloji problemlərlə bağlı maraqlı faktlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi