"Quraqlıq necə baş verir" mövzusunu COP-29 "Conference of the Parties"

Quraqlıq necə baş verir?
5 "A" sinfində təbiət fənnindən  "Quraqlıq necə baş verir" mövzusunu COP-29 "Conference of the Parties" Tərəflərin Konfransı ilə əlaqələndirdik. Şagirdlər quraqlığın həyat üçün təhlükələrini öyrənərək COP-29 tədbirinin məqsədi ilə tanış oldular.COP-29 tədbirinin ölkəmizdə keçiriləcəyi, bu tədbirin keçirilməsinin ölkəmiz üçün üstünlükləri, yaşıl dünya naminə həmrəylik ilinin elan olunması,ölkəmizin dünyaya töhvəsi, müxtəlif istiqamətdə planların tərtiblənməsi, bu tədbirlərin həyata keçirilməsi haqqında öyrəndiklərini səsləndirdilər.Dərsimiz olduqca maraqlı keçdi. Şagirdlər quraqlığın baş verməməsi üçün suya qənaət etməyin, suyun canlılar üçün vacibliyini bir daha öyrənmiş oldular. İş dəftərində quraqlığın Azərbaycanın hansı bölgələrində daha təhlükəli vəziyyət yaranacağı barədə tapşırığı yerinə yetirərək öyrənmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi