"COP 29” ilə əlaqədar maarifləndirici seminar təşkil olundu
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin kitabxanasında, "COP 29” və "Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar maarifləndirici seminar təşkil olundu. Seminarda kitabxana müdiri Aytən Məmmədova, təbiət müəllimi Zülfiyyə Hüseynova və 6 "B” sinif şagirdləri iştirak etdilər. Məktəbin kitabxana müdiri Aytən Məmmədova, "Ekologiya” Ayna Uşaq Ensiklopediyasında Ekologiya və Beynəlxalq Əməkdaşlıq haqqında məlumat verdi. Təbiət müəllimi Zülfüyyə Hüseynova COP 29 haqqında şagirdləri məlumatlandıraraq, COP-un BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanı olduğu, COP-un iqlim dəyişmələrinin qarşısının alınması fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərməsi üçün çağırışlar etməsi, dekabrın 9-da Şərqi Avropa regional qrupunun Azərbaycanı bu il (2024) COP-a ev sahibi edəcək ölkə kimi müəyyənləşdirdiyi qeyd etdi. Eyni zamanda Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı şagirdləri məlumatlandırdı. Azərbaycanın coğrafi əlverişli mövqeyi və iqlim şəraitinin, ”Yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaratdığını, külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə etdiyini bildirdi.
Şagirdlər , “Qida zənciri, qida zəncirində bitkilər, günəş,istehlakçı heyvanlar və qida zəncirlərinin qorunması” haqqında ətraflı danışdılar. Sonda “Yaşıl dünya naminə həmrəylik ili ilə bağlı” hazırladıqları əl işlərini təqdim etdilər.