Təhlükəsizlik tədbirləri hər yerdən
Bakı şəhəri üzrə Təhsil idarəsinin müvafiq əmrinə əsasən məktəblərdə təhlükəsizlik tədbirləri davam edir. Yay mövsümü yaxınlaşdığı üçün şagirdlərin dəniz kənarına getmə halları çoxalır, bununla bağlı müvafiq əmrə əsasən göndərilən şəkilli təlimatlar şagirdlərin görəcəyi yerdə asıldı.
Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Xilasedicilərin cağırış və tələblərinə əməl edilməli, günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmamalı və xəbərdaredici lövhələrin tələblərinə əməl olunmalıdır.Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir.