İqlim həlləri və innovasiyalara yönəlmiş praktiki seminar və hakatonlar
Elm və Təhsil nazirliyi və məktəbin fəaliyyət planına əsasən məktəbin coğrafiya müəllimləri Aytən Məmmədova və Vüsalə Məmmədovan 7 «A” sinfi ilə “İqlim həlləri və innovasiyalara yönəlmiş seminar” keçirdi. Hakatonların məqsədi iqlimdə son dövrlər baş verən dəyişikliklər idi. 7 «A” sinif şagirdləri bu mövzuda İKT vasitəsi ilə araşdırmalar apardılar. Araşdırma zamanı iqlimdə baş verən qlobal istiləşmə və bunun nəticəsində yarana biləcək problemlərin həlli yollarını müzakirə etdilər. Şagirdlər mövzu ilə bağlı müxtəlif kompyuter proqramlarında təqdimatlar hazırladılar və təqdim etdilər.