"Beynəlxalq ailə günü" ilə bağlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 15 may "Beynəlxalq ailə günü" münasibətilə valideyn-uşaq münasibətlərinin tənzimlənməsi mövzusu üzrə 2 "B" sinfində tədbir keçirildi. Tədbirdə məqsəd ata-uşaq arasındakı münasibəti ölçmək idi. Uşaqlarla ataların birlikdə fəaliyyəti əsasında ata obrazının uşağın həyatındakı peşə seçimində, tənqidi düşüncə formalaşdırılmasında nə qədər vacib olduğunu sinif rəhbəri Əmiraslanova Səbinə təşkil etdiyi fəaliyyətlər əsasında göstərməyə çalışdı. Şagirdlər və atalar hər biri qarşılıqlı olaraq arzu və istəklərini bir-birlərinə ifadə etdilər. Müxtəlif maraqlı fəaliyyətlər məktəb və valideynlər tərəfindən maraqla qarşılandı.