"Perimetr və sahə " mövzusunda nümunəvi dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 3 “A” sinfində Sevinc Məmmədovanın təşkilatçılığı ilə riyaziyyat fənnindən "Perimetr və sahə " mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə kollektiv və qrup işindən istifadə olundu. Qrup işləri zamanı şagirdlər müxtəlif fiqurlar üzərində ölçmə işləri apararaq perimetr və sahəni hesabladılar. Məqsəd müxtəlif əşyaları ölçüb, perimetr və sahəni hesablamağı öyrənmək idi. Dərsdə məktəbin direktoru Günel Fətəliyeva, metodbirləşmə rəhbəri Leyla Orucəliyeva və ibtidai sinif müəllimləri iştirak etdi.