“Tarix yaradan şəxsiyyət –Heydər Əliyev“
Məktəbin fəaliyyət planına uyğun olaraq UBR Mədinə İskəndərova və Azərbaycan dili , ədəbiyyat müəllimi Kəminə Zalovanın təşkilatçılığı ilə Heydər Əliyevin 101 illik yubileyinə həsr oıunmuş 7-10 -cu sinifləri arasında “Tarix yaradan şəxsiyyət –Heydər Əliyev “ mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məqsəd Ulu Öndərin xatirəsini əbədiləşdirmək “Heydər Əliyev və Azərbaycançılıq” ideologiyasının təbliği, isdedadlı şagirdlərin aşılanması, şagirdlərdə yazı bacarığının təkmilləşdirilməsidir. UBR rəhbəri Mədinə İskəndərova şagirdlərə müsabiqənin məqsədini və əhəmiyyətini izah etdi. O qeyd etdi ki, Dahi şəxsiyyətin mənalı ömür yolu, coşqun fəaliyyəti, dərin mənəvi dünyası barədə şagirdlərin mülahizələrini ifadə olunduğu yazı işləri həm də onların yazı vərdişlərinə yiyələnmə bacarığını qiymətləndirməyə imkan verir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova Azərbaycan dili həm də Ədəbiyyat fənnlərindən məzmun xəttlərindən birinin yazıyla bağlı olmasını nəzərə alaraq inşa yazılarda şagirdlərin özünü ifadə bacarığlını yoxlanılması da əsas məsələlərindən biri kimi diqqət mərkəzində saxlanılmasını qeyd etdi.