Türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı ilə bağlı bədii müzakirə təşkil olundu

Məktəbimiz Elm və Təhsil Nazirliyi, eləcə də Bakı şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) xətti ilə həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə çalışır.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türkmənistanın Anev şəhəri 2024-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş, böyük türk şair və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi ilə əlaqədar olaraq 2024-cü il adıçəkilən şairin “Anım İli” elan olunmuşdur. Bu xüsusda, TÜRKSOY tərəfindən “Mütəfəkkir və Şair Məhtimqulu Fəraqi” mövzusunda inşa müsabiqəsi elan olunmuşdur. Şagirdləri şairin həyat və yaradıcılığı ilə tanış etmək və ümumtürk ədəbiyyatını təbliğ etmək məqsədilə məktəbin ədəbiyyat müəllimləri  müxtəlif tədbirlər həyata keçirirlər.

 Ədəbiyyat müəllimi Zalova Kəminə 06.05.2024 tarixində "9 C" sinif şagirdləri ilə keçirdiyi əlavə dərs saatında filosof şairin həyatının maraqlı məqamları və yaradıcılığı haqqında məlumat verdi. Dərsdə eyni zamanda sinifin fəal şagirdləri internet resurslarından əldə etdikləri məlumatları yoldaşlarına təqdim etdilər. Şairin türkmən dilində və latın qrafikalı altyazı ilə səsləndirilən şeirlərini şagirdlər maraqla dinlədilər. "Məhtimqulu Fəraqi" nin Azərbaycan Ədəbiyyatı ilə bağlılığı, şeirlərində dönə-dönə Nizaminin, Nəsiminin və Füzulinin adlarını çəkməsi qeyd olundu. Şeirlərində Azərbaycana məxsus Təbriz, Şirvan, Şamaxı və digər yer adlarının çəkilməsi və Azərbaycana həsr etdiyi "Yaylaqları var" şeiri haqqında məlumat xüsusi maraqla qarşılandı.

1968-ci ildə "Türkmənfilm" tərəfindən çəkilən "Məhtimqulu" filmi şagirdlər tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi