“Ali təhsil müəssisələri arasında iqlim dəyişmələri üzrə müzakirə keçirildi
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbimizdə “Ali təhsil müəssisələri arasında iqlim dəyişmələri üzrə müzakirə keçirildi. Müzakirəyə məktəbimizin məzunu hal hazırda AMEA-nın böyük elmi işçisi ,coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov dəvət olunmuşdu.
Etibar müəllim çıxışında şagirdlərə dünyada və respublikamızda baş verən iqlim dəyişmələri və dəyişmələrə səbəb olan amilləri izah etdi. Bu dəyişikliklərin həlli yolları haqqında geniş məlumat verdi.
Tədbirdə məktəbimizin direktor Fətəliyeva Günel,coğrafiya üzrə metodbirləşmə sədri Məmmədova Aytən və coğrafiya müəllimi Məmmədova Vüsalə iştirak etdi. Müzakirə şagirdlərdə maraq oyatdı,iqlim dəyimələri haqqınd daha ətraflı məlumatlandırıldılar.