Mən övladımı necə tanıyıram? mövzusunda müsabiqə keçirildi

         15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir:  "Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki,uşağa  diqqət ,qayğı  hər bir ailənin, hər bir insanın əsas vəzifəsi ,mənəviyyatımızın əsas hissəsi olubdur. Bu məqsədlə "Mən övladımı necə tanıyıram?" mövzusunda 6 "A" sinif şagirdləri  və valideynləri ilə müsabiqə keçirildi. Müsabiqə  3 raundda hər bir raund 4 sual olmaqla təqdim olundu. Valideyn  -uşaq münasibətlərinin tənzimlənməsi mövzusunda keçirilən müsabiqədə valideynlərlə şagirdlərin cavabları qarşılaşdırıldı. Sonda valideyn-şagird cavabları üst üstə düşən valideynlərə fəxri fərman təqdim olundu.
       Müsabiqədə məktəbin direktoru Günel Fətəliyeva, UBR Mədinə İskəndərova, kitabxana müdiri Aytən Məmmədova,6 "A" sinif rəhbəri Lalə Fərəcova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi