Kimya-biologiya aylığı davam edir

Kimya-biologiya aylığı çərçivəsində 5 “A”  sinifində təbiət fənnindən  “Vulkanlar necə yaranır?”  mövzusu üzrə nümunəvi dərs keçirildi.  Şagirdlərin köməyilə “Vulkan püskürməsi necə baş verir”  mövzusunuda   təcrübə aparıldı.

Təcrübənin məqsədi vulkan püskürməsinə və maqmanın axmasına aid təcrübəni müşahidə etmək idi. Şagirdlər təcrübəni maraqla izlədilər. Nəticədə “Püskürmə zamanı nə baş verir?”  sualını  müzakirə etdilər. Dərs boyu təlim nəticəsinə uyğun olaraq özünüqiymətləndirmə, yoldaşqiymətləndirməsi üsulundan istifadə olundu.

         Nümunəvi dərsdə məktəbin direktoru Günel Fətəliyeva  iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi