4-cü sinifdə monitorinqə hazırlıq prosesi davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2024-cü ilin may ayında keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat, VI sinifdə təhsil alan şagirdlərin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinə hazırlıq məqsədilə məktəbimizdə müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, monitorinqlər IV sinifdə təhsil alan şagirdlərlə növbəti dəfə, VI sinifdə təhsil alan şagirdlərlə isə ilk dəfə keçiriləcəkdir.

Keyfiyyətli tədris prosesinin ən mühüm amillərindən birinin qiymətləndirmə olduğunu əldə əsas tutan müəllimlərimiz monitorinq öncəsi qarşılıqlı olaraq müxtəlif siniflərdə sınaq yazı işləri və şifahi sorğular həyata keçirirlər.

Bu məqsədlə 4 “A”  sinfinin müəllimi Rəna Abdullayevanın şəxsi təşəbbüsü ilə Kəminə Zalova Azərbaycan dili dərsinin tədris prosesində iştirak etdi. Şagirdlərdə oxuyub-anlama qabiliyyətini ölçmək məqsədilə istifadə edilən sual və tapşırıqlar faktoloji qavrama, nəticəçıxarma, ümumiləşdirmə bacarığının inkşafına yönəlmişdi.

Müəllimlərin birgə fəaliyyəti ilə müşayiət olunan dərs şagirdlər üçün monitorinq öncəsi müsbət motivasiyanın yaranmasına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi