"Leyli və Məcnun əsərində eşqin tərənnümü" adlı inşa müsabiqəsi keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq “Məhəmməd Füzulinin 530 illiyi” nə həsr olunan tədbirlər davam etdirilir. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Qafarovanın təşkilatçılığı ilə yuxarı sinif şagirdləri arasında Məhəmməd Füzulinin "Leyli və Məcnun əsərində eşqin tərənnümü" adlı inşa müsabiqəsi keçirildi. Məqsəd şagirdlərdə Füzulinin "Leyli və Məcnun " əsərinin ideyasını, başlıca qayəsini şagirdlərin inşasında ətraflı əks olunması və bu sahədə şagirdlərin yazılı nitq bacarığını inkişaf etdirmək idi.
Müsabiqədə 10 "C” sinif şagirdləri M.Elcan, M.Səhrizad inşaları ilə xüsusi fərqləndilər. Şagirdlər inşa müsabiqəsində həvəslə iştirak etdilər.