Məktəb kitabxanasının fəal oxucularının iştirakı ilə "Məhəmməd Füzuli 530" adlı tədbir keçirildi

Cəmiyyət üçün fəal vətəndaş mövqeyinə,geniş dünyagörünüşünə ,intellektual zövqə malik şagird yetişdirmək müasir məktəbin qarşısında duran mühüm şərtlərdən biridir. Bu proses təkcə gündəlik dərslərin tədrisi ilə məhdudlaşmamalıdır.Bu prinsipi əldə əsas götürən 232 kollektivi hər tərəfli fəaliyyət sərgiləməyə çalışır. Bu baxımdan məktəb kitabxanasıda fəaliyyət planına uyğun öhdəliyi həyata keçirməyə çalışır.Xüsusilə müxtəlif yazıçı və şairlərin yubileyinin  məktəb kitabxanasının xətti ilə təntənəli qeyd olunması artıq ənənə şəklini almışdır.Növbəti belə tədbir Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə 23.04.2024 cü il tarixində qeyd olundu.

Məktəb kitabxana müdiri Aytən Məmmədovanın tərtib etdiyi ssenari əsasında məktəbin  1"B", 7"A", 7 "B", 7 "C", 8 "A", 9 "A", 9 "B" siniflərindən olan fəal oxucuların təqdim etdiyi ədəbi-bədii kompozisyalar, qiraət nümunələri  tamaşaçılara təqdim olundu. Şagirdlərin təqdimatında  "Şəbi Hicran" xoru,1 "B" sinif şagirdlərinin hazırladıqları "Meyvələrin söhbəti" səhnəciyi  və lX sinif şagirdlərinin təqdim etdiyi "Anasının Leyliyə  nəsihəti "  kompozisiyası xüsusi maraqla qarşılandı.

Tədbirin keçirilməsində məqsəd Füzulinin hərtərəfli biliyə malik mütəfəkkir kimi həyata, insana dərin məhəbbət aşılayan, insanın ülvi ideallarla yaşamağa səsləyən sənətkar kimi şagirdləri aşılamaqdır. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Günel Fətəliyeva, ədəbiyyat müəllimi Kəminə Zalovaya, ibtidai sinif müəllimi Könül Aslanovaya, musiqi müəllimi Vüsalə Şükürovaya, kitabxana müdiri Aytən Məmmədovaya, UBR  Mədinə İskəndərovaya təşəkkür etdi. Öz təqdimatları ilə seçilən IX " A" sinif şagirdləri Şövkət,Fatimə, Vll "C" sinif şagirdi Zenfira,   lX "B" Elcan   və 1 "B" və digər şagirdlərin çıxışlarını yüksək qiymətləndirdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi