“Təhlükəsizlik həftəsi” nə start verildi
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prossesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması, təhsil müəssiələrində təhükəsiz mühitin yaradılması məqsədilə məktəbimizdə bir çox təhükəsizlik tədbirləri həyata keçirilir.
Bu gündə məktəbimizdə tədbirlər planına uyğun olaraq “Təhlükəsizlik həftəsi” nə start verildi və hər həftənin birinci günü təhülkəsizlik günü elan edildi. Təhlükəsizlik həftəsi çərçivəsində məktəbin UBR Mədinə İskəndərovanın rəhbərliyi ilə V-IX siniflərdə çantalara baxış və şagirdlərin məktəbə uyğun olmayan əşyalarının, telefonlarının yoxlanılması monitorinqi keçirildi.
Prosses həftə içi davam edəcək və 5-ci gün prossesin müzakirəsi keçiriləcək, nəticəsi barədə valideynlərə məlumat veriləcək.