Əruz vəzni şagirdlərin təqdimatında

          Böyük söz ustadı Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Fəaliyyət planında nəzərdə tutulan “Əruz vəzni şagirdlərin təqdimatında” Füzuli lirikası əsasında bədii qiraət müsabiqəsi UBR Mədinə İskəndərovanın təşkilatçılığı ilə  məktəbin müşavirə zalında keçirildi. Müsabiqədə öncədən müəyyənləşdirilmiş meyarlar əsasında şagirdlər dinlənildi. Şagirdlərin əzbər qiraət qabiliyyətləri, intonasiya və diksiya, jest və mimikadan yerli-yerində istifadə meyarlarının əsas götürüldüyü müsabiqədə 7-9-cu sinif şagirdləri iştirak edirdi. Sonda qaliblərin Füzuli yaradıcılığına həsr olunan ümumməktəb tədbirində təntənəli surətdə təltif olunacağı qeyd olundu.
Sözü gedən müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərimizin klasik bədii irsə dərindən yiyələnməsi onlarda mənəvi zənginliyin formalaşdırılmasıdır.

     Müsabiqədə  heyəti məktəbin direktoru Günel Fətəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova, kitabxana müdiri Aytən Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi