"Zəlzələlər necə baş verir?” mövzusunda inteqrasiyalı dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya aylığı çərçivəsində Coğrafiya müəllimi Vüsalə Məmmədova, təbiət müəllimi Zülfiyə Hüseynova ilə birlikdə 5 “B” sinfində "Zəlzələlər necə baş verir?” mövzusunda inteqrasiyalı dərs keçirdilər. Dərsin məqsədi şagirdləri zəlzələnin baş vermə səbəbləri, zəlzələdə baş verən dağıntılar və bu zaman insanların qarşılaşdığı problemlər, zəlzələdən öncə, zəlzələ zamanı və zəlzələdən sonra nə etməli olduqları barədə şagirdləri məlumatlandırmaq idi.