Oxu saatı keçirildi

     23 Aprel Ümumdunya kitab və müəlliflik hüququ günü ilə  bağlı  məktəb kitabxanasında "Oxuduğunu paylaş devizi" ilə oxu saatı keçirildi.
Məqsəd şagirdlərə oxu vərdişlərinin inkişaf etdirilməsi, dünyagörüşünün artırılması ,elmi -siyasi cəhətdən savadlanmasında , həyat hadisələrinə daha ayıq gözlə baxmalarına nail olmaqdır.
     Məktəbin kitabxana müdiri Aytən Məmmədova , ədəbiyyat müəllimi Kəminə Zalova və UBR Mədinə İskəndərovanın iştirakı ilə III-VII  sinif  şagirdləri ilə  oxu saatı keçirildi.
     Hər bir şagird məktəb kitabxanasından oxuduqları əsərlər , hekayələr, nağılları qısaca olaraq kitabın müəllifini , məzmunu ideyası haqqında məlumat verdilər. Şagirdlərin təhlil və mülahizələri bir birlərinin bəhrələnməsi baxımından mühüm rol oynadı.
    Sonda 6"A" sinif şagirdləri Hüseyn Cavidin Qız məktəbi", 4 "B" və 3 "A" sinif şagirdlərinin oxuduqları nağıllar bir neçəsini səhnələşdirmiş variantda təqdim etdilər .

    Tədbirdə məktəbin ibtidai sinif müəllimi Sevinc Məmmədova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi