Məktəb rəhbərliyi tərəfindən dərsdinləmələr təşkil olunur

Pedaqoji təcrübənin paylaşılması,metodiki işin müsbət və mənfi tərəflərinin təhlili,müasir interaktiv metodların, innovasiyaların təlimdə tətbiqinin təmin olunması baxımından dərsdinləmələrin çox böyük əhəmiyyəti var.Məktəbimizdə mütəmadi olaraq həm müxtəlif fənləri tədris edən müəllimlərin qarşılıqlı dərs dinləmələri təşkil olunur, həm də məktəb rəhbərliyi tərəfindən müxtəlif dərslər müşahidə olunur.Xüsusi qrafik əsasında aparılan müşahidələr təkcə açıq dərs formasında keçirilən nümunəvi dərslərdə deyil,həm də gündəlik dərslərin təşkilinə məktəb rəhbərliyinin münasibətinin formalaşmasına səbəb olur.

2023-2024-cü tədris ilinin 15-19 aprel tarixləri üçün nəzərdə tutulan dərsdinləmələrin biri də 16 apreldə 7 "A" sinfində   Azərbaycan dili dərsində həyata keçirildi. Məktəbin direktoru Günel Fətəliyeva və direktor müavini Günel İsmayılovanın iştirak etdiyi dərsdə fənn müəllimi Kəminə Zalova 2.2.2 “Mətnin tərkib hissələri arasında əlaqəni müəyyənləşdirir alt standartı” nı reallaşdırdı. "Əl-Xarəzmi" mövzusu əsasında "Mətnə yeni məlumatlar əlavə edərkən hissələr arasında əlaqə yaradır" təlim nəticəsində elan olunması ilə başlayan dərsdə həm qruplarla, həm də fərdi iş formasında istifadə edildi. Qeyd götürməklə oxu, əqli hücum və s. iş üsulları şagirdlərdə oxuyub-anlama, əlaqələndirmə, sərbəst fikir ifadəetmə bacarığının formalaşmasına şərait yaratdı. 

         Rubrik vasitəsilə aparılan formativ qiymətləndirmə dərs prosesində davamlı olaraq elan edildi. Dərsdinləmədən sonra aparılan  təhlildə dərs prosesində müşahidə olunan müsbət və mənfi cəhətlər vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi