Nizaminin ekoloji dünya görüşü

Azərbaycan Respublikasının 2024 -cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı tədbirlər planı və məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova və ədəbiyyat müəllimi Aysel Cəlilovanın təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliği keçirildi.

Məqsəd böyük Azərbaycan şairi Nizami Gəncəvinin təbiətin qorunması ,həyatın yaranması ,insanın ətraf mühitə təsir formaları barədə söylədiyi ekoloji  fikirləri şagirdlərə təbliğ etməkdir.

6 "A" , 6 "C",5"C" sinif şagirlərinin Nizami Gəncəvinin yaradıcılığında ətraf mühit məsələlərini təhlil və təqdim etdilər.

İnformatika müəllimi Pəri Əhmədovanın hazırladığı "Nizami Gəncəvi  yaradıcılığında, əsərlərində ətraf mühit" adlı slayd maraqla izlənildi. Biologiya müəllimi Zülfiyyə Hüseynova Nizami yaradıcılığında ekologiya olan inteqrasiyanı şagirdlərlə birgə nümayiş etdilər.

       Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi