16 aprel Dünya Bioloqlar Günüdür
Biologiya canlılar haqqında elmdir. Canlıların ən mükəmməli, 2-ci siqnal sisteminə malik insan dünyanı, canlıları ,ətraf mühiti, qarşılıqlı əlaqəni və s. öyrənməli və gələcək nəsillərə ötürməlidir. Elmin, texnalogiyanın inkişafı yeni elm sahələrinin yaranmasına, inkişafına səbəb olmuşdur. Sağlam yaşamaq, uzun ömürlülüyün sirrini öyrənmək və əməl etmək üçün biologiya elminin dərinliklərinə baş vurub, nanotexnologiya səviyyəsində araşdırmalar aparmaq günümüzün tələblərindəndir.
Biologiya müəllimi Fərqanə Əkbərovanın təşkilatçılığı ilə 5 “A” və 5 “B” sinif şagirdləri hazırladıqları əl işlərini nümayiş etdirdilər. Məqsəd şagirdlərdə təbiətə sevgi oyatmaq, ətraf mühitdəki canlıları qorumaq, dünyamızı təmiz saxlamaq kimi dəyərləri formalaşdırmaqdır.