Yaşıl Dünya!

"Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq! " adlı tədbir çərçivəsində "Yerə toxunan yaradıcılıq incəsənətinin və təbiətin məktəb bağçasında görüşü"mövzusunda şagirdlərimiz əl işlərini təqdim etdilər.Əvvəlcə artıq istifadəyə yaramayan tullantı olan su qablarını kəsərək dibçək formasına saldılar. Məktəbin həyətində düzəltdikləri dibçəklərdə otaq güllərini, qızılgül kolunu əkdilər. Tullantı olan boş yumurta qablarında cücərmiş soğanları əkdilər.Bu fəaliyyətin şagirdlərə öyrədici, tərbiyəvi əhəmiyyəti böyükdür. Belə ki, tullantılardan müxtəlif məqsədlər üçün istifadə edərək həm ətraf mühitin çirklənməsinin qarşısını almış,həm də yaşıllığın artırılmasına nail olmuş oldular.

Əl işlərini  fənn müəllimləri  Fərqanə Əkbərova, Aytən Məmmədli , Mina Həsənli, Aysun Məmmədova şagirdlərlə birgə hazırladılar.

Məktəb rəhbərliyi şagirdlərdə motivasiya yaratmaq məqsədilə tədbirdə iştirak etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi