Dərsdinləmələr keçirilir
Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Qafarovanın 5 “C” sinfində "Tapşırıqlarla iş” mövzusunda dərsi dinlənildi. Dərsin məqsədi şagirdlərdə sözlərin quruluşuna görə növlərini fərqləndirmək bacarığı formalaşdırmaq idi.
Dərs sual-cavab üsulu ilə aparıldı. Tapşırıqlarla iş icra olundu, ev tapşırığı verməklə dərs yekunlaşdırıldı.
Dərsdə məktəbin direktoru Günel Fətəliyeva , sinif rəhbəri Pəri Əhmədova iştirak etdi.