Fənnbirləşmə rəhbərlərinin iclası keçirildi

       İclasda fənnbirləşmə qovluğunda fənnbirləşmə üzvləri haqqında məlumat, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, təlimin nəzəri məsələlərinə həsr olunmuş pedoqoji oxu mülahizələr, gənc müəllimələrlə iş, qarşılıqlı dərs dinləmə, fənn olimpiyadalarının hazırlıq keçirilməsi ilə bağlı, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər, istedadlı şagirdlərlə iş haqqında görüləcək işlərin planlı yoxlanılaraq müzakirə olundu.

Fənnbirləşmələrinin məktəb fəaliyyətində rolu böyükdür. Onların vasitəsi ilə hər bir müəllimin elmi-praktik, bu günün tələblərinə cavab verə biləcək, metodik səviyyəni yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllimin hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanlarını yaradır. Qabaqcıl təcrübəyə malik müəllimlərin təcrübəsindən yararlanmağa, gənc müəllimlərə kömək məqsədi ilə onların dərslərinin dinləmələrinə şəraitin yaranmasına kömək edir.

         Sonda məktəbin direktoru Günel Fətəliyeva fənn birləşmə sədrlərinə öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi