“Təmizlik həftəsi” keçirildi

            Məktəbin illik fəaliyyət planına uyğun olaraq Uşaq Təşkilatı Rəhbəri Mədinə İskəndərovanın təşkilatçılığı ilə “Təhsil alanlar şurasının Təmizlik bölməsi” komandasının  təşəbbüsü ilə hər ay olduğu kimi Aprel  ayının  ilk həftəsi  “Təmizlik həftəsi” keçirildi. “Təmizlik bölməsi” tədbirlər planına əsasən hər ay məktəbdə təmizlik işlərinin vəziyyətini öyrənib çatışmazlıqları qeyd edirlər.  Sinif otaqlarının, şagirdlərin saçının və əllərinin təmizliyinin vəziyyəti yoxlanıldı. Buna görə də şagirdlər təmizliyə ciddi fikir verirlər. Həftə ərzində təşkilat saatlarında, “Sağlamlıq hər kəsin öz əlindədir” mövzusunda söhbətlər keçirilmişdir. Məqsəd şagirdlərin sağlam, gümrah yaşamalarını, fəal, sağlam həyat tərzini formalaşdırmaqdır.Təmizlik həftəsində məktəbin UBR Mədinə İskəndərova uşaqlarla müxtəlif mövzularda söhbət etdi. 

Hər ay belə reydlər davam edəcək və sonda ən təmiz sinif seçiləcəyi planlaşdırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi