“Türk tarixinə səyahət” mövzusunda təşkilat saatı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq İnformatika müəllimi Pəri Əhmədova 5 “A” və 6 “C” sinif şagirdləri ilə “Türk tarixinə səyahət” mövzusunda layihələrin hazırlanmasında fasilitatorluq etmiş, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətləri üzrə şagirdlər tərəfindən multimedia resurslarının hazırlanmasına nail olmuşdur.Fəal dərsin təşkili zamanı prosesə şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü,eyni zamanda, elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqlar daxil edilmişdir.
Məqsəd şagirdlərdə tədqiqat, yaradıcılıq və yiyələndiyi bilikləri paylaşmaq bacarıqlarını inkişaf etdirməkdir.