Kimya-biologiya fənləri üzrə bilik yarışı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 7-ci siniflər arasında kimya-biologiya fənləri üzrə bilik yarışı keçirildi. Məqsəd şagirdlərdə kimya -biologiya fənlərinə olan marağı artırmaq, fənlərarası əlaqəni gücləndirmək, şagird əməkdaşlığını möhkəmlətmək, həmin fənlərdən bilik və bacarıqların səviyyəsini artırmaqdır. “Atom” , “Molekul” və “Zərrəcik” komandaları yarışmış, “Molekul” komandası qalib gəlmiş və mükafatlandırılmışdır.